Bakıdakı tanınmış kafelərdən birində antisanitar şərait var.
Foodinfo.az xəbər verir ki, bununla bağlı görüntüləri jurnalist Anar Niftəliyev lentə alıb.
O qeyd edib ki, videonu “Kardeşler” kafesində çəkib. Görüntülərdə bir gəmiricinin şirniyyatlarla dolu olan piştaxtanın üzərindəki tavanda hərəkət etdiyi görünür.
A. Niftəliyev qeyd edib ki, görüntü “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən filialda qeydə alınıb: “Siçovul, yoxsa siçandır? Təsəvvür edirəm ki, axşamlar şirniyyatın yanına enir”.
Artıq həmin video ilə əlaqədar AQTA tərəfindən araşdırmalara başlanılıb və bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər.