Yayın gəlişi ilə insanlarda müxtəlif qaşıntılar olur və ağcaqanadların, bəzi bitkilərin yaratdığı qaşınmaya çarə axtarmağa başlayırlar.

 Foodinfo.az xəbər verir ki, bu qaşıntıları aradan qaldırmaq üçün həmin nahiyəyə soyuq qatıq sürtmək lazımdır.

Qatıqdakı soyuqluq qan dövranını tarazlaşdıraraq qaşınmanın yayılmasının qarşısını alır.

Qatıqda çoxlu faydalı bakteriyalar var. Bu faydalı bakteriyalar dəri səpgilərinə qarşı çox təsirlidir. Bu bakteriyaların başqa bir faydası da sızanaqlara faydalı olmasıdır. 

Qatığın yüksək zülal quruluşu da dəri sağlamlığına mühüm töhfələr verir. Onun tərkibindəki protein dərinin özünü yeniləməsinə kömək edir. Tərkibində olan laktik turşu dərinizin görünüşünü cavanlaşdırır və ona hamarlıq verir.