Təsərrüfat sahibləri yetişdirdikləri bitkilərin əkin dövründən başlayaraq məhsul yığımına qədər müxtəlif xəstəliklərlə qarşılaşır. Bitki xəstəlikləri bəzən təbii şəkildə, bəzən müxtəlif amillərin rolu sayəsində bitkilərə yoluxur. Nəticədə bitkilərə zərər verərək keyfiyyət və məhsuldarlıq səviyyəsini aşağı salır.

Bitki xəstəlikləri arasında Mozaika Virusu bitkilər üçün təhlükəli hesab olunan xəstəlik növlərindən biridir. Xəstəlik bitkilərin yarpaqlarında və meyvələrində əmələ gətirdiyi xarakterik xallı və ya mozaikaya bənzər naxışlara görə bu cür adlanır. Mozaika virusu bitkilərə müxtəlif həşəratların (milçək, trips, siçan və s.), toxumların, torpağın, nematodların, göbələklərin və digər amillərin sayəsində yoluxa bilər. Mozaika virusunun əlamətləri bitkiyə görə eyni və ya fərqli ola bilər. Ümumi olaraq sözügedən xəstəliyin bitkilərə yoluxması zamanı, bitkilərdə rast gəlinən əlamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar.

Bitkilərdə mozaika xəstəliyinin əlamətləri

Ləkə və mozaika naxışları: Yarpaqlarda açıq, tünd yaşıl və ya sarı rəngli nizamsız ləkələr mozaikaya bənzər görünüş yaradır.

Yarpaqların saralması və deformasiyası: Yarpaqlar sarala, qıvrıla, qırışa və ya deformasiyaya uğraya bilər.

İnkişaf ləngiyir: Xəstəliyə yoluxmuş bitkilərdə inkişaf ləngiyir və ya dayanır.

Meyvələrdə simptomlar: Meyvələr rəngsizləşə, forması pozula və ya üzərində nekrotik ləkələr yarana bilər.

Mozaika virusu hansı bitkilərə yoluxur?

Mozaika virusunun xəstəliktörədici orqanizmləri xəstə bitki qalıqlarında, alaq otlarında, siqaret və tütün qırıntılarında yaşaya bilir. Mozaika virusu qarpız, qovun, xiyar, qarğıdalı, darı, lobya, soya, noxud, badımcan, kərəviz, pomidor, bibər, tütün və s. kimi bitkilərdə rast gəlinir. 

Mozaika virusuna qarşı necə mübarizə aparılır?

Mozaika virusuna qarşı kimyəvi mübarizə aparılmır. Ancaq bu xəstəliyə yoluxmanın və ya geniş əraziləri əhatə etməsinin  qarşısını almaq üçün ənənəvi mübarizə üsullarından yararlanmaq mütləqdir. Bunun üçün aşağıdakı addımlara diqqət yetirmək faydalıdır.

Xəstəliyə yoluxmuş bitkiləri sahədən uzaqlaşdırmaq və məhv etmək vacibdir. Çünki virus mexaniki formada yayıla bilir;

Təsərrüfatlar alaq otlarından və bitki qalıqlarından təmizlənməlidir;

Sahələrdə istifadə olunan alətlər və avadanlıqlar dezinfeksiya olunmalıdır;

Dayanıqlı bitki sortlarına üstünlük verilməlidir;

Sertifikatlı və təmiz toxumlardan istifadə edilməlidir;

Əgər xəstəlik əvvəllər müşahidə olunubsa, eyni torpaqda təkrar əkin aparılmamalıdır.

Fermerlər mozaika xəstəliyinin yayılmasının qarşısını almaq üçün ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq keyfiyyətli toxum, gübrə və pestisid çeşidlərini əldə edə bilər. Eyni zamanda, təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb-saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qorumabitki bəsləmə vasitələrini əldə etmək mümkündür