BMT Cənubi Sudandakı missiyanın müddətini bir illik uzadıb. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
BMT Təhlükəsizlik Şurasında müvafiq qətnamə layihəsi qəbul edilib.
Çin və Rusiya bitərəf qalsa da, 13 səs qətnamənin qəbuluna kifayət edib.
Qeyd edək ki, missiyaya 17 min hərbçi və 2101 polis daxildir.
Missiyanın məqsədi mülki əhalini qorumaq, humanitar yardımları çatdırmağı asanlaşdırmaq və sülh prosesini dəstəkləməkdir.