Ərzaq məhsullarının seçimi onkoloji xəstəliklərin qarşısının alınmasında, müalicəsində və geriləməsində mühüm əhəmiyyət kəsb edir.
Tibb elmləri doktoru, dünya səviyyəsində tanınmış həkim, alim və bir neçə kitabın müəllifi Uilyam Li hesab edir ki, qidaya qoz, fındıq, badam, hind qozu, püstə, Braziliya qozunun əlavə edilməsi xərçəngin qarşısının alınmasına kömək edir.
Foodinfo.az bu barədə tibb saytlarına istinadla xəbər verir.
“Qoz və fındığın tərkibində olan polifenollar insanın immun sistemini xərçəngə qarşı mübarizə aparmaq üçün möhkəmləndirir. Onlar, həmçinin faydalı yağ turşuları olan omeqa-3 ilə zəngindir. Bu turşular xərçəngin qarşısını kəsərək məhv edir”, - deyə alim vurğulayır.
Pomidor da xərçənglə mübarizə aparan ərzaqlardan hesab olunur. Tərəvəzin tərkibindəki likopin insanın DNT-sini zədələrdən qoruyur və bu da orqanizmin xərçəngdən müdafiə olunmasına şərait yaradır.
Qırmızı kartofun tərkibində olan antosianin də xərçəng hüceyrələrini məhv edir.