Polşa Senatı bazar günü ticarətini mərhələli şəkildə qadağan edən qanun layihəsinə səs verib.
Bu barədə "DW" xəbər verib.
İstisna olaraq bazar günlərində ancaq kiçik mağazalar işləyəcək. Qeyd edilir ki, Polşa bazar günlərində alış-verişdən tədricən imtina edəcək.
"KAN" agentliyi isə bundan əvvəl qanun layihəsinin Polşa parlamentinin aşağı palatası – Seymi tərəfindən təsdiqləndiyini bildirib.
Prosedur üç mərhələdən ibarətdir - 2018-ci ilin 1 martından ticarət mərkəzlərinə və supermarketlərə ancaq ayın birinci və sonuncu bazar günlərində işləməyə icazə veriləcək. 2019-cu ilin yanvarından isə yalnız ayın sonuncu bazar günü işləməyə icazə veriləcək. Sonuncu mərhələdə - 2010-ci ildə bazar günü ticarəti tamamilə qadağan olunacaq.
"Report"