Çobanyastığı əsrlərdir xalq təbabətində geniş istifadə olunan ən faydalı bitkilərdən biri hesab olunur.
Foodinfo.az xəbər verir ki, bu bitki tərkibindəki təbii antioksidantlar və sakitləşdirici maddələr sayəsində həm fiziki, həm də psixoloji sağlamlığa müsbət təsir göstərir.
1. Stress və yuxu problemlərinə qarşı təsirlidir
Çobanyastığı çayı sinir sistemini sakitləşdirir, stressi və gərginliyi azaldır. Xüsusilə yuxusuzluqdan əziyyət çəkənlər üçün təbii rahatladıcı vasitə kimi tövsiyə olunur.
2. Həzm sisteminə faydası
Bu bitki mədə və bağırsaq fəaliyyətini yaxşılaşdırır, köp, spazm və mədə ağrılarını yüngülləşdirir. Qastrit və həzm pozğunluğu zamanı çobanyastığı çayının faydalı olduğu bildirilir.
3 İltihab əleyhinə təsiri
Çobanyastığı iltihab əleyhinə və antibakterial xüsusiyyətlərə malikdir. Boğaz ağrısı zamanı çay kimi içilməsi və ya qarqara edilməsi fayda verir.
4. İmmuniteti gücləndirir
Tərkibindəki antioksidantlar orqanizmi sərbəst radikallardan qoruyur, immun sisteminin möhkəmlənməsinə kömək edir. Soyuqdəymə və qrip mövsümündə qoruyucu təsir göstərir.
5. Dəri və saç sağlamlığına təsiri
Çobanyastığı dəri qıcıqlanmasını azaldır, sızanaq və yüngül yaraların sağalmasına kömək edir. Saçların parlaq görünməsi üçün də çobanyastığı dəmləməsindən istifadə edilir.
6. Qadın sağlamlığına dəstəyi
Çobanyastığı menstrual sancıları yüngülləşdirir, hormonal gərginliyi azaldır.
Çobanyastığı təbii vasitə olsa da, hamiləlik dövründə, allergiyası olan şəxslərdə və davamlı dərman qəbul edənlərdə istifadədən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Çobanyastığı düzgün və ölçülü istifadə edildikdə sağlamlığın qorunmasında etibarlı təbii dəstək hesab olunur.






