Şirkət 2 növ yeni - "Alman" və "Sağlam" çörək çeşidlərini hazırlayıb
Məhsul müxtəlifliyi ilə seçilən “Çörəkçi” istehsalat müəssisəsi hər zaman müştərilərinə yüksək keyfiyyətli çörək çeşidlərini təqdim edən bir müəssisədir.
Artıq süfrələrinizin bəzəyi olan çörək çeşidləri alışdığımız dad qalmaqla yeni qablaşdırmada olacaq. “Çörəkçi” istehsalat müəssisəsi 10 növ çörək çeşidlərində yeni daha müasir və gözoxşayan dizaynlara üstünlük verərək qablaşdırılma dizaynlarında dəyişiklik edib.
Şirkət bununla kifayətlənməyərək 2 növ yeni - Alman və Sağlam çörək çeşidlərini hazırlayıb.
Tərkibində maya miqdarı çox az olan və vitaminlərlə zəngin olan Alman çörək çeşidini artıq satış nöqtələrindən əldə edə bilərsiniz.
Əla növ buğda unu və buğda dənələrindən hazırlanan Sağlam çörək növü isə hər kəsin ideal seçimi olacaq.
Qeyd edək ki, “Çörəkçi” istehsalat müəssisəsində hazırlanan bütün məhsullar, yüksək keyfiyyətli xammaldan hazırlanır.