Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ETİ) yaranandan, məqsədli aspirantura da daxil olmaqla 400-dən çox yüksək ixtisaslı elmi kadrlar hazırlanıb.
Foodinfo.az xəbər verir ki, onlardan 255 nəfəri dissertasiya işlərini müvəffəqiyylətlə müdafiə edərək fəlsəfə və elmlər doktoru alimlik dərəcələrini alıblar. 1996-cı ildən başlayaraq institutun 30 nəfərdən artıq əməkdaşı bağlanmış əməkdaşlıq müqavilələri çərçivəsində CIММYТ və ICARDA, həmçinin IPGRI, ICRISAT və ICBA da buğdanın və yer fındığının yaxşılaşdırılmasına, pas xəstəliklərinə, bitki genetik ehtiyatlarının məlumat bazasının yaradılmasına, dənli bitkilərin əsas xəstəlik və zərərvericilərinə, mütərəqqi becərmə texnologiyalarına, torpaq-mühafizəedici və resurslaraqənaətedici becərmə texnologiyalarına həsr edilmiş 100-ə qədər qısa və uzun müddətli təlim kurslarında təhsil alıblar. Bu kurslar dünyanın müxtəlif ölkələrini (Hindistan, Macarıstan, İran, Meksika, Birləşmiş Ərəb Əmirliyi, Suriya və Türkiyə) əhatə edir.
Əkinçilik ETİ-nin kadr hazırlığı əsasən elmlər və fəlsəfə doktorluğu, dissertantura yolu ilə həyata keçirilir.
İnstitutda 2022-ci il 9 nəfər elmlər doktoru, 18 nəfər fəlsəfə doktoru və 8 nəfər dissertant təhsil alır.
2022-ci ildə institutun 2411.02-“Bitki fiziologiyası” ixtisasında elmlər doktoru hazırlığı üzrə 1 nəfər, fəlsəfə doktoru hazırlığında 3101.01-“Aqrokimya” ixtisası üzrə 1 nəfər, 3103.07-“Bitkiçilik” ixtisası üzrə 3 nəfər, 3103.04-“Seleksiya və toxumçuluq” ixtisası üzrə 1 nəfər, 3103.06- “Bitkilərin mühafizəsi” ixtisası üzrə 1 nəfərin dissertasiya mövzuları ilkin müzakirədən keçərək növbəti mərhələlərə buraxılması tövsiyə edilib.