Sinqapurda optik texnologiya sahəsində innovativ sıçrayış baş verib.
Foodinfo.az xəbər verir ki, burada alimlər insan göz yaşlarından enerji alan unikal mikrobatareya yaradıblar.
Bu miniatür enerji sistemi məlumatları göstərə və təhlil edə bilən ağıllı kontakt linzalarını xarici cihazlar olmadan qidalandırmaq üçün nəzərdə tutulub.
Belə linzaları şarj etmək problemi həmişə aktual olub: adi batareyalar etibarsızdır və tez-tez doldurulmalı olur. Bu səbəbdən alimlərin beynində belə bir sual yaranıb: "Görəsən, insan göz yaşları şarj üçün istifadə oluna bilərmi?"
Yeni batareya elektrik enerjisi istehsal etmək üçün qlükoza və sudan istifadə edir. Bu, təhlükəsiz və ekoloji cəhətdən təmiz bir üsuldur.
Belə metodun effektivliyinin sirri batareyanın qlükoza əsaslı örtüyündədir: bu örtük gözyaşının tərkibindəki natrium və xlorid ionları ilə qarşılıqlı əlaqədə olur və lazımi enerjini yaradır.
Təcrübə zamanı akkumulyator linzalara 45 mikroamper cərəyan və 201 mikrovat gücü çatdırmaqla əla nəticə nümayiş etdirib.
Bununla belə, qeyd etmək lazımdır ki, sözügedən texnologiya kütləvi tətbiq üçün hələ hazır deyil və cihazı cəmi 200 dəfə doldurmağa imkan verir.