Sink insan orqanizmi üçün həyati vacib minerallardan biridir. O, immun sisteminin güclənməsində, dəri və saç sağlamlığında, yaraların sağalmasında, hormon balansında və uşaqlarda böyümə prosesində mühüm rol oynayır. Lakin orqanizm sinki özü sintez etmir, buna görə də gündəlik qida rasionundan alınmalıdır.

Orta gündəlik sink ehtiyacı kişilər üçün təxminən 11 mq, qadınlar üçün təxminən 8 mq, uşaqlar üçün isə yaşa görə orta hesabla 3–8 mq-dır.

Foodinfo.az sinklə zəngin qidaları təqdim edir:

– Ət məhsulları: mal əti, qoyun əti, qaraciyər

– Dəniz məhsulları: istiridyə, balıq, karides

– Süd məhsulları: pendir, qatıq, süd

– Paxlalılar: noxud, mərci, lobya

– Tum və qoz-fındıq: balqabaq tumu, günəbaxan tumu, badam, qoz

– Tam taxıllar: qarabaşaq, yulaf, qəhvəyi düyü

– Tərəvəz və yaşıl yarpaqlılar: ispanaq, brokoli

Ekspertlərin tövsiyəsinə görə, sink ehtiyacını ödəmək üçün ən təsirli üsul heyvan mənşəli qidalarla yanaşı, paxlalılar və toxumların gündəlik rasiona daxil edilməsidir. 

Vegeterian və veganlarda sink çatışmazlığı daha çox müşahidə oluna bildiyi üçün bu mineralla zəngin bitki qidalarının istifadəsi xüsusilə vacibdir.

Gün ərzində balanslı qidalanmaqla sink çatışmazlığının qarşısını almaq, immuniteti güclü saxlamaq mümkündür.