Bu ilin fevral ayında Gürcüstanda istehlak qiymətləri indeksində aylıq müqayisədə 0,3% artım olub. Foodinfo.az “Report”a istinadən bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. İllik inflyasiya isə 6,4%-ə bərabər olub. Ötən ay ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,3%, tərəvəzlərin qiyməti 8%, meyvə və üzümün qiyməti 3,6%, mineral sular, alqokolsuz içkilər, meyvə və tərəvəz şirələri 1,7%, qənd, cem, bal, şokolad və qənnadı məmulatları 0,7% artıb. Yağ 0,6%, süd, pendir və yumurta isə 0,3% ucuzlaşıb. Geyim və ayaqqabı qiymətlərində isə 3,1% azalma qeydə alınıb. Ayaqqabıların qiyməti 6%, geyimlərin qiyməti isə 1,4% azalıb. İllik inflyasiyaya gəlincə isə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 12,7%, restoran və mehmanxana qiymətləri isə 8,7% artıb.