“Vətəndaşlarımız “Halal” adı altında aldadılır”
“Vətəndaşlarımız “Halal” adı altında aldadılır. Çoxsaylı ölkələrdən “Halal” loqosu ilə Azərbaycana mal idxal olunur və Azərbaycanda olan ,dövlət tərəfindən tanınmayan bəzi qurumlar da pul müqabilində “Halal” sertifikatı verirlər”. Foodinfo.az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib. O, Azərbaycanda “Halal” sertifikatını qanuni yolla almış müəssisələrin siyahısını da açıqlayıb. Beləliklə, “AzeSERT HALAL” Sertifikatlaşdırma Orqanından Halal sertifikatı alan müəssisələrin siyahısı belədir: (Müəssisənin adı və ünvanı) 1 . “Səhliyalı” kiçik müəssisəsi Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, küşə 18/190
2. Hakan Foods Azərbaycan Trading Co. Ltd MMC Bakı şəhəri, Babək prospekti 53a
3. Qafqaz Konserv Zavodu MMC, Bakı-xaçmazşossesi 157-ci km
4. AZ Protein Foods Group MMC Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs. H.Saqib 60
5. “M & T LTD” Firması Bakı şəhəri, Nəsimi ray, A.Mustafayev küç 3014
6. Zəhmət-Ruzi MMC Xırdalan şəhəri, Quşçuluq massivi H.Əliyev k
7. SƏBA ASC Şabran rayonu Şabran şəhəri M.Ə.Rəsulzadə küç 35
8. f/ş Tahirov Malik Ağaşirin oğlu “Ovqat” Bakı şəhəri Xətai rayonu Əhmədli qəs 2245
9. AL-SANA MMC Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs. Sabir küç 8a
10. “Orxan-SS” İKF Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi 2b