Adətən inək südünün həzm pozğunluqlarına, otoimmün xəstəliklərə, piylənməyə səbəb olması barədə fikirlər səsləndirilir. Lakin bunu doğru olmadığını bildirənlər də var.

Foodinfo.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə endokrinoloq Oksana Mixaleva açıqlama verib. O qeyd edib ki, süd və süd məhsulları insan qidasında kalsium mənbəyidir. Kalsium uşaqların, yeniyetmələrin, hamilə və laktasiya edən qadınların, 50 yaşdan yuxarı insanların qida rasionunda vacibdir.

Bundan əlavə, süd bədəndə tez həzm olunan və əmilən proteinlə zəngindir.

Nurlan