Pambıq bitkisindən əldə olunan məhsul dünyanın dörd bir yanında müxtəlif sənaye sahələrində istehsal olunan məhsulların hazırlanmasında geniş şəkildə istifadə olunur. Buraya geyim, ev tekstili, kosmetik məhsullar, məişət məmulatları, kağız istehsalı və s. daxildir. Günümüzdə pambıq bitkisinin çoxtərəfli istifadə istiqamətləri fermerlər arasında bu bitkinin yetişdirilməsinə marağı daha da gücləndirir. Odur ki, bu dəfəki məqaləmizdə pambıq bitkisinin yetişdirilmə formasından və şərtlərindən danışacağıq.
Pambıq bitkisi hansı torpaqlarda yetişir?
Pambıq bitkisi üzvi maddələrlə zəngin, pH səviyyəsi 5,8-8 aralığında olan, drenaj edilmiş və qumlu-gilli torpaqlarda daha yaxşı yetişir. Bundan başqa, əkindən öncə torpağın şumlanması (28-30 sm dərinliyində), kultivasiya, malalama və arat suvarma işlərinin aparılması vacib faktorlardandır.
Pambıq toxumları necə əkilir?
Arat edilməmiş sahədə pambıq çiyidləri 4-5 santimetr, arat edilmiş sahələrdə isə 3-4 santimetr dərinliyə basdırılmalıdır. Çiyid səpini isə torpağın temperaturu 12-14 dərəcə olduqda aparılır. Bu isə yaz aylarına təsadüf edir. Təqribən əkindən 160 gün sonra pambıq bitkisindən məhsul yığımına başlanıla bilər.
Pambıq sahələri necə suvarılır?
Pambıq əkinindən sonra sahədə arat suvarma işləri aparılıbsa iyun ayının ortalarına qədər suvarılma tövsiyə olunmur.
Əsasən çiçəkləmə dövründə suya təlabat daha da çoxalır.
Ümumi qozaların təxminən 5-10 faizi açılana qədər suvarma həyata keçirilməli və daha sonra dayandırılmalıdır.
Ümumilikdə pambıq bitkisi hər qoza üçün 500 mm su tələb edir.
Pambıq sahələri necə gübrələnir?
Pambıq bitkisi qida maddələrinə tələbkar bitki növü olaraq tanınır. Odur ki, bitkinin ehtiyacı olan miqdarda əsasən azot və fosfor gübrələrinin verilməsi olduqca vacibdir. Azot gübrəsi yemləmə şəklində, fosfor gübrəsi isə şumaltına, səpinlə birlikdə və qönçələmə fazasının əvvəlində hissəli şəkildə verilir.
Pambıq bitkisinin zərərvericiləri və mübarizə üsulları
Ölkəmizdə pambıq bitkisinin yetişdirilməsi zamanı müşahidə olunan zərərvericilərin siyahısına pambıq sovkası, əməköməci (pambıq) güvəsi, tütün tripsi, pambıq ağqanadlısı, liqus zərərvericisi, mənənələr, hörümçək (tor) gənəciyi daxildir.
Pambıq bitkisi üçün toxum, gübrə və pestisidlərin satışı
Əziz fermerlər, pambıq sahələrindən bol və keyfiyyətli məhsul yığımı üçün ilk növbədə yüksək keyfiyyətli, təmiz və sertifikatlı toxumlardan istifadə vacibdir. Odur ki, pambıq toxumunu, məhsuldarlığa və keyfiyyətə birbaşa təsir göstərən gübrə çeşidlərini, pambıq bitkisini zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından qoruyan pestisidləri ölkəmizdə kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin müxtəlif bölgələrimizdə yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür.
Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb-saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.