Koronavirus dünyanın sürətlə yayılan və təhlükəli virusdur. Dünyada bu virusa yoluxanların sayı 170 mini keçib. Bəzi iddialara görə, qida məhsulları da viruskeçiricisi kimi qeydə alınıb. Foodinfo.az-ın məlumatına görə, bu barədə açıqlama verən Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev isə koronavirusun qida ilə insana keçmədiyini bilidirir. “Keçmə ehtimalı var. Lakin koronavirus çox davamsız viruslardır. Qida bişirilərkən, yəni yüksək temperaturda qaynadılanda və ya qızardılanda onlar tezliklə tələf olur”.
Baş infeksionistin sözlərinə görə, virusların keçmə ehtimalı olsa belə, yaxşı texniki işləmədən keçmiş qidalardan keçmə ehtimalı çox azdır. Cəlal İsayev onu da qeyd edir ki, virus daşıyıcısı şəxs yeməyi bişirsə belə viruslar 56 dərəcədə ani anda tələf olur. (Modern.az)