“Aparılan araşdırmalar göstərdi ki, COVID-19 virusu gözlərdə konyuktivitin yaranmasına səbəb ola bilər”.
Foodinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tural Qəlbinur bildirib.
O qeyd edib ki, bu zaman gözlərdə qızarıqlıq, ağrı, göynəmə, yanma və yaş axma kimi əlamətlər meydana çıxır:
“Həmçinin şəkərli diabet, hipertenziya və başqa xroniki xəstəlikləri olan insanlarda koronavirus qanın laxtalanma sistemini pozduğundan retinada qanama və başqa əlamətlər meydana çıxa bilər. Əgər xəstələrdə görmənin ani zəifləməsi baş verərsə, dərhal oftalmoloqa müraciət etməlidirlər”.