
Limonlu su qarın yağlarını birbaşa əritməz, amma arıqlama prosesinə dolayısı ilə dəstək ola bilər. Bu, təkcə limonla mümkün deyil, əsas olan ümumi qidalanma, hərəkət və həyat tərzidir.
Bəs, limonlu su nələrə kömək edə bilər?
1. Mədə turşusunu tənzimləyir və həzmi yaxşılaşdırır. Səhər acqarına ilıq limonlu su içmək metabolizmanı aktivləşdirir. Həzm sistemini oyadır, bağırsaqları hərəkətə gətirir.
2. İştahı azaldır. Limonlu su bəzən toxluq hissi verərək, artıq yeməyin qarşısını alır.
3. Detoks effekti yaradır. Limon sidikqovucu və təmizləyici təsirə malikdir, orqanizmdən artıq maye və toksinləri atmağa kömək edir.
4. C vitamini və antioksidant tərkibi ilə yağ yandırmanı dolayı yolla dəstəkləyir. Araşdırmalar göstərir ki, C vitamini çatışmazlığı olan insanların yağ yandırması çətinləşir. Limonda isə bol C vitamini var.
Limonlu suyu şəkərsiz, acqarına və ya yeməkdən əvvəl içmək daha faydalıdır. Diş minasını qorumaq üçün limonlu sudan sonra ağızı su ilə yaxalamaq tövsiyə olunur.