Xalqımızın ən gözəl bayramlarından olan Novruz həm də mətbəx ənənəsi ilə diqqət çəkir. İllərdir yaddaşların süzgəcindən keçərək bu günümüzə qədər qorunub bu adətlər. Sizə süfrələrinizi bəzəyəcək maşlı plov reseptini təqdim edirik.
Lazım olanlar:
1 kq düyü
500 qr maş lobya
500 qr kərə yağı
1 ədəd toyuq
Duz
Zəfəran
Hazırlanma qaydası:
Əvvəlcə maş lobya 2-3 saat ərzində islağa qoyulur. Sonra ayrıca duzlu suda bişirilir. Düyü də adi qaydada bişirilir. Toyuq təmizlənir, suda bişirilir, bişdikdən sonra sinə hissəsindən 2 yerə bölünür, duzlanıb istiotlanır, yağlanmış qazanın dibinə toyuq qoyulur, üzərinə qat-qat düyü ilə maş lobya tökülür. Əridilmiş kərə yağı və zəfəran əlavə edilərək dəmə qoyulur. Dəm aldıqdan sonra düyü təpəcik şəklində qaba çəkilərək üzərinə toyuq qoyulur və süfrəyə verilir.
Nuş olsun! (Ailem.az)