Almaniyyanın biotexnologiya nəhəngi “BioNTech”in konteyner peyvınd fabriki nəhayət ki, Ruandaya çatıb.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Ruanda Prezidenti Paul Kaqame “BioNTainer” adı verilən konteynerlərin ölkəyə çatmasını tarixi hadisə adlandırıb.
Qeyd edək ki, bu cür fabriklərin Seneqal və Cənubi Afrikaya da qurulması planlaşdırılır.
Dünya mətbuatında isə fabrikin olduqca gec “pandemiyanın başa çatmasından sonra” qurulması tənqid olunub.
Leyla