Mövsümi allergiyaya bəzi otların, eləcə də ağacların tozcuqları (polen) səbəb olur.

Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.

Qeyd olunur ki, allergiyaya hər yaşda tutulmaq olar və ondan tamamilə xilas olmaq mümkün deyil. 

“Allergiya ilə mübarizədə ən təsirli vasitə allergen-spesifik immunoterapiyadır. Bu halda pasiyentin orqanizminə daili olaraq artan dozada allergenlər vurulur. İmmunitet öyrəşir və bir müddətdən sonra reaksiya vermir”, - deyə həkim-dermatoveneroloq Aleksandra Filyeva bildirib.