Fransa və Avstriyanın Valneva əczaçılıq şirkəti ağcaqanadların yaydığı cikungunya virusuna qarşı hazırladıqları peyvəndin genişmiqyaslı sınaqlarından ümidverici nəticələr əldə edildiyini açıqlayıb.
Vaksin üçün virusun zəiflədilmiş formasından istifadə edərək, şirkət sınaqlarda canlı peyvəndin nə qədər immun reaksiya verdiyini öyrənməyi hədəfləyib.
“Scientific Lancet” jurnalında dərc olunan araşdırmada peyvənd edilmiş 266 alt qrupdan 263-də və ya 99 faizində çikungunya virusuna qarşı anticisimlər inkişaf etdirilib.
4100 sağlam yetkin insan üzərində aparılan daha geniş tədqiqat peyvəndin bir dozasının digər peyvəndlərlə oxşar yan təsirlərə malik olduğu bildirilib.
Valneva klinik strategiya direktoru və tədqiqatın aparıcı müəllifi Martina Schneider nəticələri yüksək qiymətləndirib.
O bildirib ki, sözügedən peyvənd epidemiya bölgələrində yaşayan insanlara, eləcə də bu ərazilərə səyahət edənlərə təklif ediləcək ilk peyvənd ola bilər. İctimai səhiyyə mütəxəssisləri tərəfindən bildirilir ki, Afrika, Asiya və Amerika qitəsində vaxtaşırı epidemiyalara səbəb olan çikungunya, iqlim dəyişikliyi və ağcaqanadların yeni ərazilərə yayılacağı təqdirdə potensial olaraq başqa yerlərdə də epidemiyalara səbəb ola bilər.
Digər tərəfdən, ekspertlər vurğulayırlar ki, sınaqlar virusun nadir olduğu ABŞ-da aparıldığı üçün daha çox araşdırmaya ehtiyac var.
Çünki epidemiya bölgələrində yaşayanların inkişaf etdirdiyi immunitet səviyyəsinə uyğun olaraq canlı peyvəndlərin effektivliyinin aşağı düşməsi ehtimalı var.
Qeyd edək ki, qızdırma və oynaq ağrılarına səbəb olan çikungunya virusuna qarşı hələ də peyvənd və ya müalicə yoxdur. Virus nadir hallarda ölümə səbəb ola bilər. Peyvəndin təsdiqlənməsi avqustda proqnozlaşdırılır.