Türkiyəli professor, infeksionist Vedat Turhan “səssiz pandemiya” adlandırılan xəstəliyə diqqət çəkib.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
“Bir çox xəstəliklə qarışdırıldığı üçün diaqnoz qoymaq çətindir. Türkiyədə yoluxmuş 7-10 milyon arası insan olduğu təxmin edilir”, - deyə professor bildirib.
Professorun sözlərinə görə, xəstəlik gənə, ağcaqanad, milçək kimi həşaratlar vasitəsilə yayılır.
Qeyd edək ki, xəstəlik cütlüklər arasında bir-birinə, hətta anadan övladına da keçə bilir.