Rəqs terapiyası Amerika Rəqs Terapiyası Assosiasiyası tərəfindən "fərdin emosional, koqnitiv, fiziki və sosial inteqrasiyasını inkişaf etdirmək üçün hərəkətlərin psixoterapevtik istifadəsi" kimi müəyyən edilmiş yaradıcı art-terapiyadır.
Foodinfo.az xəbər verir ki, 1950-ci illərdən başlayaraq, rəqsin sağlamlıq faydalarının nəticələrini ölçən həm təsviri, həm də eksperimental tədqiqatlar ortaya çıxmağa başladı. Rəqs "əyləncəli" olduğu üçün davamlı olan fiziki fəaliyyət növüdür.
Rəqs də qaçış bandında qaçmaq, velosiped sürmək və üzmək qədər faydalı ola bilər.
Müxtəlif rəqs növlərində yandırıla bilən kalorilərin sayı rəqsin sürətindən və intensivliyindən asılıdır. Araşdırmalar boy, çəki və yaşdan asılı olaraq dəqiqədə 5 ilə 10 kalori sərf oluna biləcəyini göstərir. Bədən çəkisi 150 kq olan bir insan rəqs etdikdə, hər 10-15 dəqiqədə təxminən 109 kalori yandıra bilər. Müxtəlif rəqs növləri üçün daha çox və ya daha az kalori yandırıla bilər. Məsələn, balet və ya müasir rəqs (twist, caz) ilə məşğul olan 150 kiloluq bir insan saatda 326 kalori yandırır. Eyni çəkidə başqa bir şəxs sürətli bal rəqsində saatda 374 kalori yandırır, yavaş bal rəqsi isə (məsələn, vals, samba, mambo və ya ça-ça) saatda 204 kalori sərf edir.
Zumba rəqsi rəqslə kalori yandırma əlaqəsi baxımından ən yaxşı nümunə verə biləcəyimiz rəqs növü ola bilər. Zumba rəqsi, salsa, samba və digər Latın Amerikası rəqslərinin əsaslarını özündə birləşdirən, Latın Amerikası musiqisi və Latın Amerikası rəqslərindən ilhamlanan yeni rəqs məşq növüdür. Zumbada bir şəxs rəqs zamanı dəqiqədə təxminən 9,5 kalori və ya orta hesabla 369 kalori yandırır. Zumbanın oksigen istehlakını artırdığı, ürək döyüntüsünü yaxşılaşdırdığı və yağ qalınlığının (dəri qıvrımlarının qalınlığının) azalmasına səbəb olduğu müəyyən edilmişdir.
Bu gün xalq oyunlarının bədii və idman baxımından əhəmiyyət qazandığı görünür. Məsələn, xoron sürətli ritm, yüksək məharət və koordinasiya tələb edən xalq rəqsi janrlarından biridir. Bir araşdırmada, 12 həftəlik xalq rəqsi məşğələlərinin istirahət halında ürək döyüntüsünün, çəki nəzarətinin, bədən yağ nisbətinin, ayaqların gücünün, əl tutma gücünün və elastikliyin inkişafına müsbət təsir etdiyi, həmçinin anaerob qabiliyyəti və aerob effektivliyi artırdığı müəyyən edilmişdir.