Yüksək şəkər ağrı həssaslığını artırır və kəsilmə vaxtını uzadır. Foodinfo.az xəbər verir ki, “The Journal of Pain” tibbi nəşrində dərc olunan tədqiqatın müəllifləri bu qənaətə gəliblər.

Əldə edilən nəticələr qanda qlükoza səviyyəsinin artmasının mərkəzi ağrı proseslərinə təsir etdiyini göstərib.

Belə ki, sinir uclarının düzgün işləməməsi nəticəsində insan ağrı hiss etməyə bilər. Bu, tibbi yardım axtarmağın gecikməsinə və digər xəstəliklərin pisləşməsinə səbəb ola bilər.

Bundan əlavə, qan şəkərinin uzun müddətli yüksəlməsi neyropatiyaya, periferik sinir sisteminə zərər verə bilər.

Test zamanı qanda şəkərin səviyyəsinin yüksəldiyini görsəniz, dərhal həkimə müraciət etməlisiniz.

Leyla