Son dövrlərdə arıqlamaq və sağlam qalmaq istəyənlər arasında yağsız pəhrizlər dəbdədir. Lakin qidalanma üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, yağlardan tamamilə imtina etmək orqanizm üçün ciddi fəsadlara səbəb ola bilər.

Foodinfo.az yağdan tam imtina etdikdə bədəndə baş verə biləcək dəyişiklikləri təqdim edir:

– Vitamin çatışmazlığı: Yağda həll olunan A, D, E və K vitaminləri orqanizm tərəfindən mənimsənilə bilməz. Bu, görmə zəifliyi, sümük problemləri, dəri və saç quruluğu ilə nəticələnə bilər.

– Hormon pozğunluqları: Yağlar cinsi hormonların və stress hormonlarının istehsalı üçün vacibdir. Onların çatışmazlığı menstruasiya pozğunluqlarına, sonsuzluğa və ümumi hormonal disbalansa səbəb ola bilər.

– Beyin sağlamlığı: Beyin böyük hissəsi yağlardan ibarətdir. Yağsız pəhriz yaddaş zəifləməsi, diqqət problemləri və depressiya riskini artırır.

– Dərinin və saçların vəziyyəti: Yağ turşularının çatışmazlığı dərini qurudur, qırışların tez yaranmasına və saç tökülməsinə səbəb olur.

– Enerji itkisi: Yağ orqanizm üçün əsas enerji mənbələrindən biridir. Tamamilə yağsız qidalanma halsızlıq, yorğunluq və zəif immunitetlə nəticələnir.

Yağları tam kəsmək əvəzinə, zərərli trans və doymuş yağlardan uzaq durmaq, əvəzində isə zeytun yağı, avokado, balıq, qoz-fındıq və toxumlardakı sağlam yağları gündəlik rasiona daxil etmək ən doğru yanaşmadır.

Yağsız pəhriz sağlamlıq üçün təhlükəlidir. Orqanizmin normal fəaliyyəti üçün yağlara mütləq ehtiyac var – əsas olan onların düzgün seçilməsi və balanslı miqdarda istehl

akıdır.