Tiroid hormonlarının istehsalı üçün kritik bir mineral olan yodun kifayət qədər qəbulu son dərəcə əhəmiyyətlidir. Dəniz məhsulları, ağartılar və yodlaşdırılmış duz adekvat pəhrizdə yod qəbulunun vacib mənbələridir.
Foodinfo.az-ın məlumatına görə, yod çatışmazlığı qalxanabənzər vəzinin işləməməsinə və müvafiq olaraq hipotiroidizm və zob xəstəliklərinə səbəb ola bilər.
Hipotiroidizm yorğunluq, kökəlmə, soyuğa həssaslıq, dəri quruluğu, saç tökülməsi və depressiya kimi əlamətlərlə özünü göstərir. Müalicə edilmədikdə isə ürək xəstəlikləri, sonsuzluq və ruhi sağlamlıq problemləri kimi ciddi fəsadlara yol aça bilir.
Yod çatışmazlığı guatrın ən çox görülən səbəblərindən biridir. Guatr tənəffüsü çətinləşdirə, udma çətinliyinə və estetik narahatlıqlara səbəb olur. Bu vəziyyət həm böyüklərdə, həm də uşaqlarda görülə və müalicə edilmədikdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Risk qruplarına, xüsusilə hamilə qadınlar və uşaqlar daxildir.