Zaqatalada zavoddan oğurluq edən şəxs saxlanılıb. Bu barədə Foodinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki zavodların birindən 20 000 manat dəyərində fındıq ləpəsi oğurlamaqda şübhəli bilinən Kebeloba kənd sakinləri M.Tahirov saxlanılıb, daha 2 nəfərin isə şəxsiyyətləri müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Namiq