
Çaytikanı inanılmaz dərəcədə faydalıdır. Onun tərkibində karotenoidlər, C, B1, B2, B6, B12, E, K vitaminləri, polisaxaridlər, yağlar, taninlər və flavonoidlər var.
Giləmeyvələrdən şirə və ya həlim şəklində istifadə olunur, çaytikanı yağı xalq təbabətində də populyadır.
Xalq təbabətində giləmeyvə həlimi xaricdən dəri xəstəliklərində, toxumlarının həlimi daxildə işlətmə vasitəsi kimi, yarpaq və budaqlarının həlimi isə ishal zamanı istifadə olunur. Bitkinin yağı ağrıkəsici, yara sağaldıcı və bakterisid vasitə kimi, həmçinin soyuqdəymə və boğaz və ağciyər xəstəlikləri zamanı inhalyasiya üçün faydalıdır.
Çaytikanı həm də təzyiqi aşağı salmağa kömək edir, ona görə də hipertansif xəstələr üçün faydalıdır, lakin hipotenziyası olanlar ondan ehtiyatla istifadə etməlidirlər.
Leyla