Bilirsinizmi, bəzi faydalı və dadlı məhsullar var ki, onları hər gün istifadə etmək olmaz. Bu məhsullar sağlamlığınıza ciddi zərər vura bilər. 
FOODİNFO.AZ xarici KİV-ə istinadən gündəlik istehlakının sizə faydasından çox zərəri olan məhsulları açıqlayır.

Qırmızı ət - qiymətli heyvan mənşəli zülal mənbəyi bədənimiz üçün vacibdir. Qırmızı ət normal qan əmələ gəlməsi prosesində iştirak edən dəmirlə zəngindir, tərkibindəki zülal yeni hüceyrələrin qurulması üçün əsas olur. Yalnız həftədə üç dəfədən çox olmayaraq yemək lazımdır. Fakt budur ki, bədənə ətin həzm edilməsi üçün ən azı 6 saat vaxt lazımdır - bu, həzm sistemi üçün böyük bir yükdür. Buna görə həftədə ən azı bir neçə dəfə qırmızı əti quş əti və ya dəniz məhsulları ilə əvəz etməyə dəyər. 

Tuna balığı – dünyada bir çox insan onu salatla birlikdə dietik qida olaraq qəbul edir. Ancqq hər gün qəbulu tövsiyə edilmir. Çünki balığı yeyən zaman tərkibindəki civə insan orqanizmində toplanır. Bu isə öz növbəsində olduqca ağır fəsadlara gətirib çıxara bilər. 
İspanaq da hər gün yeyilməsi tövsiyə olunmayan məhsullar sırasına daxildir. Hamısı ona görə ki, ispanaqda çoxlu oksalat turşusu var və bu, urolitiyazın inkişafına səbəb ola bilər.

Kartof da “qara siyahı”ya düşüb. Buna səbəb isə onun hazırlanma üsuludur. Çox vaxt qızardılan məhsul beləliklə bütün faydalı komponentlərini itirir və kalori bombasına çevrilir. 

Dietoloqlar qeyd edirlər ki, pendirin tərkibində olduqca çox duz saxlanılır. Bu məhsul gündəlik qaydada istehlak olunarsa, “pis” xolesterol səviyyəsinin artmasına səbəb ola bilər.

Nərmin