
Toyuq yumurtalarının ən məşhur kateqoriyalarından biri C1-dir.
Foodinfo.az bu işarənin nə demək olduğunu və başqa hansı yumurta kateqoriyalarının olduğu barədə məlumatı təqdim edir.
Yumurta işarələrinin mənası nədir?
Yumurta işarəsi iki simvoldan ibarətdir. Birincisi (C və D hərfləri) yumurtaların saxlama müddətini xarakterizə edir.
C yumurtaları 25 günə qədər, pəhriz (D) yumurtaları - maksimum 7 gün saxlanılır.
İşarələmədəki ikinci simvol (1, 2, 3 nömrələri, B və O hərfləri) yumurtanın çəkisini xarakterizə edir.
Birinci kateqoriyalı bir yumurtanın çəkisi 65 qrama qədər, ikincisi - 45-54,8 qram, üçüncüsü - 35-45 qram, ən yüksək (B) - 75 qramdan. Seçilmiş (O) yumurtanın çəkisi 65-75 qramdır.
Nurlan