Hindistan aprel ayının sonunda dünyanın ən çox əhalisinə sahib ölkə olacaq.
Foodinfo.az xəbər verir ki, bu barədə BMT-dən verilən açıqlamada qeyd olunub.
Qeyd olunur ki, qarşıdakı iki həftə ərzində Hindistan əhalisinin sayına görə Çini geridə qoya bilər.
Xatırladaq ki, Hindistanda əhalinin sayılması prosesi 10 ildən bir keçirilir. Pandemiya səbəbilə ötən il bu edilməyib. Ölkə əhalisinin sayının 1,4 milyarda çatması gözlənilir.