"Nokia" dünya üzrə 14 min işçini ixtisar etməyi planlaşdırır.

Foodinfo.az xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Pekka Lundmark rüblük hesabatı şərh edərək deyib.

O, ümumi iqtisadi vəziyyətin bunu tələb etdiyini vurğulayıb və qeyd edib ki, 5G avadanlığı istehsalçıları ABŞ və Aİ-dəki müştərilərin öz şəbəkələrini qurduqdan sonra kapital xərclərini azaltdıqları üçün çətinloklə üzləşiblər. 

Lundmark vuröulayıb ki, 14 min işçini və ya dünya üzrə işçi qüvvəsinin 16%-ni ixtisar etmək qərarına gəlirlərin gözləniləndən aşağı olması səbəb olub.

Bu addımla gələn il 400 milyon avroya və ya təxminən 421 milyon dollara, 2025-ci ildə isə daha 300 milyon avroya qənaət olunacağı gözlənilir.