Filippində təxminən 2 milyon uşaq ciddi qida çatışmazlığından əziyyət çəkir.

Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) hesabatında deyilir.

“Uşaq qidası yoxsulluğu: Erkən uşaqlıq dövründə qida çatışmazlığı” adlı qlobal hesabatda bildirilir ki, dünyada beş yaşınadək təxminən 181 milyon uşaq qida çatışmazlığı ilə üzləşir. Filippindəki vəziyyətə gəldikdə isə hər beş uşaqdan dördü yalnız ana südü, habelə tərkibində nişasta olan düyü, qarğıdalı və ya buğda əsaslı qida ilə qidalanır. Bu uşaqların 10 faizindən az hissəsi meyvə-tərəvəzlə qidalanır. Beş faizdən az hissəsi isə yumurta, balıq, quş əti və ya ətlə qidalanır. Hesabatda, həmçinin Filippinin hələ də uşaq qidası çatışmazlığının 65 faiz təşkil etdiyi ölkələrdən biri olduğu ortaya çıxıb.

Hesabatda 100-ə yaxın ölkədə müxtəlif gəlir qrupları nəzərə alınmaqla uşaqlar arasında qida çatışmazlığının təsirləri və səbəbləri təhlil edilib. (Azərtac)