Yumurta düzgün bişirilmədikdə tərkibində müxtəlif xəstəliklərə səbəb olann salmonella bakteriyaları qala bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Natalya Kruqlova xəbərdarlıq edib.
Mütəxəssis əlavə edib ki, yumurtanı qaynatmaq və ya qızartmaq ən təhlükəsiz variantdır.
"Salmonellyoz xəstəliyinə tutulmamaq üçün hətta yumurtanın sarısı da yaxşı bişməlidir. Qaynadılmış yumurta, omlet və qayğanaq insan üçün təhlükəsizdir. Göz yumurta ("qlazok") və ya paşot (suda qabıqsız bişən), təəssüf ki, mikrobioloji təhlükəsizlik baxımından aşağı səviyyədədir", - deyə diyetoloq bildirib. .
Kruqlova onu da əlavə edib ki, qızardılmış yumurtanın tərkibində çoxlu kanserogen maddələr var. Yumurtanı daha faydalı etmək üçün diyetoloq rsiona daha çox tərəvəz əlavə etməyi məsləhət görüb.