Rusiyalı həkimlər hansı çərəzin insan orqanizmini xərçəngdən qoruya biləcəyini və arıqlamağa kömək etdiyini açıqlayıblar. Foodinfo.az Hibiny.ru-ya istinadən xəbər verir ki, söhbət fındıqdan gedir.
Fındıq əsl super qidadır. Tərkibində zülal, lif var, vücudu faydalı fitokimyəvi maddələrlə, həmçinin poli doymamış yağ turşuları ilə doyurur. Bundan əlavə, insan üçün hər gün lazım olan selen, kalsium, maqneziumla zəngindir.
Dərinin vəziyyətini yaxşılaşdırmağa, saç tökülməsinin qarşısını almağa, immunitet sistemini gücləndirməyə və əhval-ruhiyyəni gücləndirməyə kömək edə bilər.