Zəncəfilli çay sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə tanınan təbii bir içkidir. Bu çay, xüsusilə həzm problemlərinin aradan qaldırılmasında effektivdir. 

Foodinfo.az xəbər verir ki, zəncəfilli çay mədə bulantısını azaldır, mədə qıcqırmalarını və narahatlıqları sakitləşdirir. 

Zəncəfilli çay eyni zamanda iltihab əleyhinə xüsusiyyətləri ilə də bilinir, bu da ağrıları və əzələ gərginliklərini azaldır.

Bu çay soyuqdəymə və qripə qarşı immun sistemini gücləndirir, bədəni infeksiyalardan qorumağa kömək edir.

Antioksidant təsiri sayəsində zəncəfilli çay bədənə enerji verir, yorğunluğu azaldır və zehni aydınlaşdırır.