Bəzi qidalar baş ağrısının öhdəsindən gəlməyə kömək edir.

Foodinfo.az xəbər verir ki, bu barədə nevroloq və dietoloq Anastasiya Badaeva danışıb.

Onun sözlərinə görə, ispanaq, kələm, kahı və Brüssel kələmi kimi yaşıl yarpaqlı tərəvəzlərdə böyük miqdarda maqnezium var. Ağrıları aradan qaldıran bu element avokado, xiyar, kabaçok, yaşıl bibər və nanədə də mövcuddur. Nanədə "ağrıkəsici" D vitamini də var.

“Qanda qlükoza səviyyəsi aşağı olduqda da baş ağrıları yarana bilər. Bu zaman lifli qidardan istifadə etmək faydalıdır. Onlar bağırsaqlarda sürətli karbohidratlardan qlükozanın ayrılmasını ləngidir”, - deyə həkim əlavə edib.