İltihaba qarşı təsirli olan təbii ədviyyatlar sağlamlığı dəstəkləyir və xəstəlik riskini azaldır. İltihab bədənin infeksiyalara və zədələrə qarşı təbii müdafiə mexanizmasıdır, lakin xroniki iltihab müxtəlif xəstəliklərə səbəb ola bilər.
Foodinfo.az iltihaba yaxşı təsir edən bəzi ədviyyatları təqdim edir:
1. Sarıkök
Sarıkökün tərkibindəki kurkumin adlı aktiv maddə güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. O, artrit və digər iltihabi xəstəliklər üçün faydalıdır.
2. Zəncəfil
Zəncəfil həm həzm sistemini rahatlaşdırır, həm də iltihab əleyhinə xüsusiyyətləri ilə tanınır. Oynaq ağrıları və əzələ ağrılarını azaldır.
3. Darçın
Darçın iltihabı azaltmağa kömək edən və qan şəkərini tənzimləyən güclü antioksidantlarla zəngindir. Bu xüsusiyyəti ona xroniki iltihab riskini azaltmaqda üstünlük qazandırır.
4. Qara istiot
Qara istiot, xüsusilə kurkuminin təsirini gücləndirməyə kömək edir. Tərkibindəki piperin maddəsi iltihabı və ağrıları azaltmağa kömək edir.
5. Sarımsaq
Sarımsaqda olan allisin adlı birləşmə güclü antibakterial və iltihab əleyhinə təsir göstərir. Oynaq və əzələ ağrıları, hətta ürək-damar xəstəlikləri riskini azaldır.
Bu ədviyyatları yeməklərə əlavə edərək iltihabla mübarizə aparmaq olar. Təbiətin bu müalicəvi ədviyyatları mütəmadi olaraq qidalanmaya daxil edildikdə bədənin müdafiə sistemini gücləndirir və sağlamlığı dəstəkləyir.