Böyük Britaniya sakini Elis Coan Prins 105 yaşını qeyd edib və uzunömürlülüyünün əsas sirlərini açıqlayıb. 

Foodinfo.az xəbər verir ki, bu barədə “Star” yazır.

Coan hesab edir ki, iki vərdişi sayəsində bu qədər uzun ömür sürüb. Səhər yeməyinə o, həmişə "Marmayt" pastası ilə sendviç yeyir və yatmazdan əvvəl sevimli şərabını içir. Qadın heç vaxt siqaret çəkmədiyini və çox rəqs etdiyini də bildirir.

Doğum gününü qadın 1939-cu ildə həyat yoldaşı ilə birlikdə məskunlaşdığı evində qeyd edib. O, burada oğlu, gəlini və nəvələrindən biri ilə yaşayır. Pirsin onlardan başqa, 11 nəticəssi və 7 kötücəsi var.