Ömrü boyu məktəb yeməkxanasında aşpaz işləmiş Britaniya sakini uzunömürlülüyünün sirrini açıb. Bu barədə Daily Mail məlumat yayıb.

Edna Uolmsli 1916-cı ildə, Avropada Birinci Dünya Müharibəsi hələ davam edərkən anadan olub. Qadın bütün ömrünü məmləkəti Qreyt Harvudda keçirib və hazırda Lankaşirin ən yaşlı sakinidir. Məktəb bufetində işləməkdən əlavə, Walmsley həmişə oxumağı çox sevib.

Qadın uzunömürlülüyünün əsas səbəbini anasından öyrəndiyi yeməyə düzgün münasibət göstərib. “Mən uzun ömür yaşamışam, elə deyilmi? Mənim uzun ömür sürməyimin sirri odur ki, mən həmişə dadlı yeməklər yedim və böyük iştaha sahib oldum”, - deyə britaniyalı qadın bildirib.

Uolmsli əri ilə üç uşaq böyüdüb. İndi onun üç nəvəsi və dörd nəticəsi var. Qadın krossvordları, oxumağı və şeiri sevir. Məktəbdə öyrəndiyi çoxlu şeirləri hələ də xatırlayır.

Qeyd edək ki, hazırda Böyük Britaniyanın ən yaşlı sakini Surreydən olan Ethel Caterhamdır. Avqustda onun 114 yaşı tamam oldu.

Leyla