Amerikanın Miçiqan ştatının Vayominq şəhərinin sakini lotereyada cekpot udub və uduşlu bileti pulqabısında unutduğu üçün bir həftə bundan xəbəri olmayıb. Foodinfo.az xəbər verir ki, bu barədə UPI xəbər agentliyi məlumat yayıb.

33 yaşlı Yendiel Kruz-Çavez lotereya bileti alıb pul kisəsinə qoyub. O, bileti unudub və tirajdan bir həftə sonra onu mağazada yoxlamaq qərarına gəlib. Bileti skan etdikdən sonra amerikalı ərizənin təqdim edilməli olduğu barədə bildiriş görüb. İnternetdə uduş nömrələrini dəqiqləşdirib və cekpotu udduğunu anlayıb.

Kruz-Çavez 199,4 min dollar udub. Kişi etiraf edib ki, əvvəlcə baş verənlərə inana bilməyib

Qalib pulla evində təmir işləri aparmaq niyyətindədir. Qalanını əmanət kimi kənara qoyacaq.

Nurlan