1940-cı ildən bəri qida və su qəbul etməyən məşhur hindistanlı yoq 91 yaşında vəfat edib.
Foodinfo.az xəbər verir ki, o, iki dəfə həkimlər tərəfindən müayinə edildi və 10 gün ərzində heç bir şey yemədiyi və içmədiyi sübut olundu.
Hindistanlı yoq Prahlad Jani 91 yaşında vəfat etdi. Jani 1940-cı ildən bəri su içmədiyini və yemək yemədiyini iddia edir. Məşhur yoqun ölümü barədə “Yugal Sarkar Foundation” təçkilatı “Twitter”də məlumat verib.
“Prahlad Jani bu dünyanı tərk etdi”. Sosial şəbəkədə belə yazılıb.
Məlumdur ki, Jani 1929-cu ildə Hindistanda anadan olub. Dediyinə görə, yeddi yaşında ikən cəngəllikdə yaşamağa gedib. O, 12 yaşında hindu tanrıçası Ambanın davamçısı olub.
Yoq əmin edir ki, məhz Ambanın sayəsində o, qida və su qəbul etmədən yaşayır.
2003 və 2010-cu illərdə həkimlər Prahladı müayinə etdilər. Həkimlər onun 10 gündə bir şey yemədiyini və içmədiyini təsbit etdilər. Həm də onda heç bir təbii dəyişikliklər tapmayıblar. O, enerjili və sağlam olub.
Yerli media yoqun sağlamlıq problemlərinin aprel ayında başladığını yazıb.