ABŞ-ın Pensilvaniya Universitetinin tədqiqatçıları "LionGlass" adlı yeni şüşə növü hazırlayıblar. 

Foodinfo.az xəbər verir ki, zədələrə qarşı çox dayanıqlı olan bu şüşənin istehsalına əhəmiyyətli dərəcədə daha az enerji tələb olunur. 

Bu innovativ material karbon emissiyalarını 50% azaltmaqla yanaşı, heyrətamiz möhkəmlik  nümayiş etdirir.

Hər gün istifadə etdiyimiz adi şüşə üç əsas materialın əridilməsi ilə hazırlanır: kvars qumu, soda və əhəng daşı.

Lakin "LionGlass" ərimə temperaturunu təxminən 300-400 dərəcə azaldır və nəticədə standart şüşə ilə müqayisədə enerji sərfiyyatı 30% az olur.

Yeniliyin əsas üstünlüyü onun davamlılığındadır. Bəzi nümunələr hətta 1 kq yük altında belə çatlamayıb. Bu, "LionGlass"ın adi şüşədən azı 10 dəfə daha möhkəm olduğunu göstərir.

Nərmin