Alimlər aşkar ediblər ki, bağırsaq bakteriyalarının buraxdığı maddələr bağırsaqlarda iltihabı azaldır.
Foodinfo.az xəbər verir ki, bu barədə Nature Communications elmi jurnalında dərc olunub.
Alimlər araşdırma aparıblar və bu cür maddələrin istehsal üsulunu müəyyən ediblər. Onun nəticələrinə əsasən müəyyən edilmişdir ki, bu maddələr həzm prosesinin əlavə məhsullarıdır. Onların bəziləri DNT-lərinin yerləşdiyi hüceyrələrin strukturunda molekullara bağlana bilir. Beləliklə, bu proses müəyyən genlərin fəaliyyətinə təsir göstərə bilər, həmçinin iltihab reaksiyalarına cavabdeh olanları dəyişdirə bilər.
Fərid