Yeni qan qrupunun kəşfi 50 illik bir sirri həll edib. Foodinfo.az xəbər verir ki, yədqiqatçılar qrupu sirli qan qrupu antigeni AnWj-nin genetik fonunu müəyyən ediblər.

AnWj antigeni hələ 1972-ci ildə kəşf edilib, lakin onun genetik mənşəyi yarım əsr ərzində naməlum olaraq qalıb. İndi elm adamları MAL adlı yeni qan qrupunun yaradılmasını rəsmən elan ediblər. Bu, 47-ci qan qrupu sistemidir. Blood jurnalında dərc edilən bir araşdırma, insanların 99,9% -dən çoxunun AnWj müsbət olduğunu, lakin az sayda xəstələrin, əsasən hematoloji xəstəlikləri və ya müəyyən xərçəng növlərinin AnWj müsbət olmadığını göstərib. 

Elmi işdə genetik cəhətdən AnWj-mənfi xəstələr iştirak ediblər. Komanda AnWj-nin olub-olmamasının arxasında Mal adlı zülalın dayandığını sübut etmək üçün müasir genetik analiz metodundan istifadə edib. Bu kəşf nadir qan qrupları olan insanları müəyyən etmək üçün yeni testlərin hazırlanmasına kömək edəcək və bu da öz növbəsində qanköçürmə riskini azaldacaq.