Avstraliya sakini çimərlikdə qiymətli kəhrəba parçası - ətir istehsalında istifadə edilən balina qusuntusu aşkar edib.
Foodinfo.az bildirir ki, bu barədə Nine News xəbər verir.
Mütəxəssislər deyirlər ki, avstraliyalının tutduğu nümunə eyni çəkidə qızıl külçə ilə müqayisə edilə bilər.
Cənubi Avstraliya Muzeyinin əməkdaşı David Stemmer bildirib ki, bu kəhrəba həmişə ətirçilər tərəfindən qiymətləndirilib, lakin son vaxtlar balinalarının sayı azaldığından ona getdikcə daha az rast gəlinir.
Tapıntının qiyməti keyfiyyətdən asılıdır və kiloqramı 20 min ABŞ dollarına çatır. Xüsusilə yüksək keyfiyyətli nümunələr üçün hər kiloqrama 40 min dollara qədər verildiyi hallar var.
Nərmin