Maraqlı və fərqli dada malik olan bu yemək Rus məbəxinə aiddir.
Nuş olsun !
Foodinfo.az yeməyin hazırlamna qaydasını təqdim edir:
Ərzaqlar:
- 1,5-2 stəkan un
- 0,5 litr süd
- 3 ədəd yumurta
- 1 x.q. şəkər tozu
- 1-2 x.q. bitki yağı
- duz
- 300-350 qram balıq filesi
- 150 qram pendir
- 200-250 qram xama
- 0,5-0,75 stəkan süd
- kərə və ya bitki yağı
- şüyüd
- duz, istiot
Hazırlanması:
- Blinçikləri bişirib, iç hazırlamağa başlayın.
- İç hazırlamaq üçün: balığın filesini yuyub, xırda kub formasında doğrayın. Göyərtini təmizləyib, xırdalayın. Soğanı yarım halqa formasında doğrayıb, yağda qızardın. Üzərinə döğranılmış balığı əlavə edib, 4-5 dəqiqə ərzində bişirin. Balığın üzərinə un səpib, qarışdıraraq 1 dəqiqə ərzində qızardın. Sonra xama əlavə edib, qaynayana qədər bişirin. Üzərinə süd töküb, qarışdırın. Sous nə qatı, nə də çox sulu olmamalıdır.
- Sousun üzərinə duz, istiot və doğranılmış şüyüd səpib, qarışdırın.
- Blinçikin üstünə 1-2 xörək qaşığı balıq sousu qoyub, üzərindən sürtkəcdən keçirilmiş pendir səpin. Sonra blinçikləri torba şəklində səliqəli büküb, ağzını göy soğanla bağlayın.
- Hazırladığınız blinçikli torbaları yağlanmış xüsusi forma qabına yerləşdirib, 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə ərzində bişirin.