Balıq qida rasionumuzda həftədə iki dəfə mütləq yer almalıdır. Çünki orqanizm üçün vacib olan Omeqa-3 ilə zəngindir. Adətən balıqdan qızardılmış formada istifadə edirik. Mütəxəssislər isə bütün qızartmalarda olduğu kimi, balığı qızartmağın da məsləhət olmadığını bildirirlər. Ləzzətli balıq şorbasının hazırlanma qaydasını təqdim edirik. Lazım olanlar: 350 qram levrək balığı (dəniz bassı) 2 xörək qaşığı kərə yağı Yarım kərəviz 1 soğan 1 kök 2 ədəd bibər 5 diş sarımsaq 1 xörək qaşığı un 6 stəkan su Duz, istiot Şüyüd Hazırlanması: Kərəviz, soğan, sarımsaq və kökü rəndələyib, soğanı doğrayın. Daha sonra onları yağda qovurun və unu da ora töküb qovurmağa davam edin. Suyu əlavə edib 30 dəqiqə qaynadın. Balığı kiçik kvadratlar formasında doğrayıb, qazana tökün. Duz və istiotu da vuraraq, şorbanı 10 dəqiqə balıqla birlikdə qaynadın. Doğranmış bibər və şüyüdlə isti-isti servis edin. Nuş olsun! (ailem.az)