Stanford Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri beyin travması almış və beyin implantasiyası əməliyyatı keçirmiş xəstələrdə intellektual qabiliyyətlərin uğurla bərpa olunduğunu bildiriblər. Eksperimental müalicənin nəticələri Nature Medicine jurnalında dərc olunub.

Tədqiqatda, 3-18 il əvvəl, o cümlədən avtomobil qəzası nəticəsində aldığı orta və ağır beyin zədələri olan 22-60 yaş arası altı iştirakçı beyinin nahiyələrini aktivləşdirmək üçün elektrodların quraşdırılması ilə əməliyyat olunub.

Cihaz 90 gün ərzində gündə 12 saat işə salınıb. Xəstələr standart sayıqlıq, konsentrasiya və planlaşdırma testlərindən keçiblər. Müalicə müddətinin sonunda performans orta hesabla 32 faiz yaxşılaşaraq, gözlənilən 10 faiz artımı xeyli üstələyib.

Leyla